Cəbəllütariqdə 16 yaşadək qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda Azərbaycan millisi ilk qrup oyununu keçirib.

İqtisadiyyat.az xəbər verir ki, A qrupunda qərarlaşan yığmamızın ilk rəqibi Ermənistan olub. Oyuna sürətli başlayan qızlarımız rəqib üzərində 86:59 hesablı qələbə qazanıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 6 ribaund) olub.

Qeyd edək ki, millimizin qrupdakı növbəti oyunu sabah, Bakı vaxtı ilə saat 12:30-da Gürcüstan yığmasına qarşı olacaq