Bu ilin yanvar-fevral ayında Azərbaycan 9 945,5 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 88,1% çoxdur.

İqtisadiyyat.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, həcmlərin artımına baxmayaraq hesabat dövründə ixrac edilən maye qazın dəyəri 477,4 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 81,2% azdır.

Xatırladaq ki, ötən il Azərbaycan 22 834,7 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 67% azdır. Hesabat dövründə ixrac edilən maye qazın dəyəri 5 749 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 74,7% azdır.