Azərbaycan ilə Gürcüstan arasında bu ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi 736,3 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 97,6 milyon dollar çoxdur.

Hesabat dövründə Azərbaycandan Gürcüstana 629,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 107 milyon dollar olub.

 

Gözəl Həşimova