Avropada yeraltı anbarlara qaz vurulması mövsümünün başladığı bir vaxtda qazın qiymətləri son 7 həftənin ən yüksək həddinə çatıb.

“İnterfax” xəbər verir ki, Niderlandda yerləşən TTF onlayn qaz satışı mərkəzində qazın qiyməti 233 USD/1000 kubmetrə çatıb.

Qeyd edək ki, “ertəsi gün” fyuçersinin orta qiyməti mart ayında 218 ABŞ dolları, fevralda 219 ABŞ dolları, yanvarda isə 257 ABŞ dolları olub.

Ötən həftənin sonunda Avropada başa çatmış yeraltı anbarlardan qaz istifadəsi mövsümündə 69 milyard kubmetr kimi rekord həddə qaz işlədilib. Bu da əvvəlki mövsümə nisbətən 24 milyard kubmetr çoxdur.