ABŞ-nin Alyaska ştatında iki hərbi helikopter qəzaya uğrayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri bazasının nümayəndəsi Elmendorf-Riçardsona istinadən “Associated Press” (AP) məlumat yayıb.

Onun sözlərinə görə, iki AH-64 “Apache” helikopteri Hili kəndi yaxınlığında təlim uçuşundan qayıdarkən qəzaya uğrayıb. Hər helikopterin göyərtəsində iki nəfər olub, onların vəziyyəti məlum deyil. AP-nin məlumatına görə, helikopterlər Fort-Ueynrayt Hərbi Hava Qüvvələri bazasında yerləşirdilər.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır. Xilasedicilər hadisə yerində işləyirlər.