Almaniyada dizel qalmaqalı böyüyür.

İqtisadiyyat.Az xəbər verir ki, Almaniyanın avtomobil qəbrstanlığı yeni maşınlarla doludur. Səbəb isə ölkədə demək olar ki, dizelnən idarə olunan avtomobillərdən imtina olunub. Avtoqəbrstanlıqlardan birinin rəhbəri Mustafa deyir ki, hər gün 40 yaxın vəziyyəti yaxşı olan avtomobillər buraya gətirilir. Onun sözlərinə görə, onları hələ bir neçə il sürmək olar. Hətta digər ölkələrə satmaq da olardı. Lakin o, oradakı olan maşınları pressləməyə məcburdur.

Qeyd olunur ki, avtomobil məzarlığına heç 10 il sürülməyən ən çox Audi, BMW və Volkswagen avtomobilləri gətirilir.