“Aeroflot” aviaşirkəti bu gündən etibarən Rusiyanın Soçi şəhərindən Türkiyənin müxtəlif şəhərlərinə birbaşa müntəzəm reyslər həyata keçirməyə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə deyilir.

Məlumata görə, “Aeroflot” Soçidən İstanbul, Antalya, Bodrum və Dalamana uçuşları “Airbus A320” ailəsinə məxsus təyyarələrlə həyata keçirilir.

Yeni reyslərin açılması rusiyalılar üçün Türkiyəyə uçuşların əlçatanlığını artıracaq.

Qeyd edək ki, Rusiyanın cənubundakı aviasiya məhdudiyyətləri fonunda Soçi hava limanı logistika mərkəzi kimi fəaliyyət göstərir.