Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2021-ci ili 254 min manat zərərlə başa vurub. Halbuki, Agentlik 2021-ci ildən 933 min manat mənfəətlə çıxmışdı.

İqtisadiyyat.az xəbər verir ki, ötən il ADRA-nın gəlirləri 6,12 milyon manat (illik müqayisədə 4,8 % az), xərcləri isə 6,375 milyon manat (16 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə ADRA-nın aktivləri 7,259 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,65 % azdır. Ötən il Agentliyin öhdəlikləri 38,6 % azalaraq 288 min manata, balans kapitalı isə 3,5 % azalaraq 6,971 milyon manata düşüb.

Xatırladaq ki, ADRA ölkə prezidentinin 20 iyun 2017-ci il tarixli fərmanı ilə publik hüquqi şəxs kimi yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. Agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzi