ABŞ ordusu Yəməndəki üsyançı “Ənsar Allah” hərəkatının raket sistemini hədəf alaraq zərbələr endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Komandanlığın məlumatına görə, raket sistemi ABŞ qüvvələri, koalisiya və regiondakı ticarət gəmiləri üçün birbaşa təhlükə yaradırdı.