ABŞ Dövlət Departamenti Rumıniyaya 7,2 milyard dollar dəyərində "F-35" qırıcı təyyarələrinin satışını təsdiqləyib

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin məlumatında deyilir.

Bildirilib ki, Rumıniya hökuməti bundan əvvəl ABŞ-yə bu qırıcıların alınması ilə bağlı sorğu göndərib.

ABŞ Dövlət Departamenti isə Rumıniyaya "F-35" qırıcı təyyarələri və müvafiq avadanlıqların satışını təsdiqləyib. 

 

Gözəl Həşimova