Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) yeni ekran əsərinin çəkilişi işlərinə başlayır.

İqtisadiyyat.az xəbər verir ki, söhbət "Mənə bənzər adam görməmisiniz?" tammetrajlı bədii filmindən gedir.

Belə ki, ekran işi nazirlik və ARKA tərəfindən 2023-cü il iyulun 18-də elan edilən film layihələri müsabiqəsinin qaydalarına əsasən, Apellyasiya Komissiyasının müsbət rəyini alıb. Komissiya layihəni məqbul qiymətləndirib. Bununla yanaşı, kommersiya potensialı olan layihənin 50 faiz və ya daha çox hissəsinə ARKA tərəfdən investor kimi maliyyə dəstəyinin göstərilməsinə qərar verilib.

Sözügedən film layihəsinin məxsus olduğu istehsalçı şirkətlə ("Rakurs Film-Media" MMC) 500 000 manat dəyərində müqavilə bağlanılıb.