“Elit Yatırım və Ticaret LTD.ŞTİ” MMC malların emal edilməsi qaydasını pozuğu üçün cərimələnib.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 497-ci (Malların emal edilməsi qaydasının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Hakim Sevin Quliyevanın sədrliyi ilə keçirilən şirkətə cərimə kəsilməsi ilə bağlı qərar qəbul olunub.

Müddəanın tələblərinə əsasən, şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Qeyd edək ki, malların emal edilməsi qaydasının pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizindən 80 faizinədək məbləğdə cərimə edilir.