Türkiyənin Sakarya şəhərinin Hendek rayonundakı makaron fabrikdə partlayış baş verib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayışdan sonra yanğın başlayıb.

Hadisə zamanı 23 nəfər xəsarət alıb və onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.