Almaniyanın şərqində, Türingiya meşəsində elm adamları nasistlərin gizli yeraltı bunkerlərini aşkar ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Bild” yazıb.

Arxeoloji tədqiqatlar zamanı məxfi sənədlər, rabitə vasitələrinin və silahların fraqmentləri aşkar edilib. Bundan əlavə, mütəxəssislər Avropada strateji obyektləri əks etdirən şifrəli xəritələr əldə ediblər. Ehtimallara görə, onlarda əvvəllər məlum olmayan hərbi əməliyyatlar barədə məlumatlar ola bilər.

Bundan əvvəl Rusiya Hərbi Tarixi Cəmiyyəti (RVİO) ilk dəfə olaraq nasist Almaniyasının hakimiyyət orqanları tərəfindən hazırlanmış “aclıq planı”nın (Bakke planı) tam mətnini rus dilində dərc edib. Sənəddə SSRİ-nin mülki əhalisinin hesabına Almaniya ordusu və xalqının ərzaqla təmin edilməsindən bəhs edilirdi.