Dünən (sentyabrın 13-də) Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanla keçirilən görüş 5 saata yaxın davam etdi, bu isə o deməkdir ki, birgə iş çoxdur.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu gün Loridə jurnalistlərlə söhbətində deyib.

“Biz həm nəqliyyat kommunikasiyası, həm də ikitərəfli ticarət məsələlərini müzakirə etdik, humanitar və aviasiya, eləcə də turizm sahələrində əməkdaşlığa toxunduq”, - deyə Overçuk bildirib.

O əlavə edib ki, iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün səylər göstərilməlidir.