"Apple" şirkəti oğurlanmış ehtiyat hissələrindən yığılmış "iPhone" mobil telefonlarını bloklayacaq.

İqtisadiyyat.az xəbər verir ki, yeni xüsusiyyət "iOS 18 RC" (Release Candidate) versiyasında aşkar edilib.

Bu versiya artıq tərtibatçılar üçün əlçatandır. Əgər "iPhone" telefonuna digər cihazdan  qanunsuz şəkildə əldə edilmiş bir detal quraşdırılarsa, mobil qurğu uzaqdan bloklana bilər.

Telefona oğurlanmış bir batareya quraşdırıldıqda ekranda "Batareya sahibinə bağlıdır" ("Battery Locked to Owner") mesajı görünəcək. Bu yeni xüsusiyyət təkcə batareyanı deyil, ekran, kamera və digər komponentləri də əhatə edəcək.