Avstraliya İrana qarşı sanksiyaları genişləndirərək, 5 İran vətəndaşını qara siyahıya salıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avstraliya xarici işlər naziri Penni Vonq bildirib.

Onun sözlərinə görə, Avstraliya İranda insan hüquqlarının pozulmasını əsas gətirərək sanksiya siyahısını artırıb:

"Avstraliya ümumillikdə 195 İran vətəndaşı və biznesinə qarşı məqsədyönlü sanksiyalar tətbiq edib. Bu tədbirlər bizim İranı insan haqlarının pozulmasına görə məsuliyyətə cəlb etməkdə qətiyyətimizi nümayiş etdirir".

 

Gözəl Həşimova