Türkiyə ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq güclənəcək.

İqtisadiyyat.az yerli mediaya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Prezident Şurasının sədri Denis Beciroviç ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər görüş zamanı bu məsələ barədə geniş fikir mübadiləsi aparıblar.