Ukrayna kəşfiyyatı yenidən Rusiya Federasiyasının ən böyük banklarına kiberhücum edib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, kəşfiyyat xidmətindəki mənbənin Unian-a verdiyi məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin kibermütəxəssisləri Rusiyanın bank sisteminə növbəti DDoS hücumu həyata keçiriblər.

Bildirilib ki, əməliyyat nəticəsində Rusiya silahlı qüvvələrinin fəaliyyətinə dəstək verən ən iri bank qurumlarının işi pozulub.