Neft qiymətləri ABŞ-nin bu həftə faiz dərəcəsinin azaldılması gözləntiləri fonunda bahalaşıb.
İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 3 sent bahalaşaraq 71,64 dollar olub.
"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 16 sent artaraq 68,81 dollara çatıb.
 
Gözəl Həşimova