Bu gün Azərbaycanda 2024-2025-ci tədris ilinin ilk dərs günüdür.

İqtisadiyyat.az xatırladır ki, yeni tədris ilinin ilk dərsinin həsr olunduğu mövzu açıqlanıb.

Elm və təhsil naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə bu ayın əvvəlində imzaladığı əmrə əsasən, məktəblərin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.