2024-cü ilin birinci yarısının nəticələrinə əsasən, Finlandiya və Estoniyanın Rusiyadan nikel tədarükündən daha çox asılı olduğu ortaya çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilir ki, idxalda onların payı müvafiq olaraq 88,4 faiz (335,7 milyon dollar) və 44,1 faiz (1,5 milyon dollar) təşkil edir.

Rusiyadan nikel idxal edən ölkələr siyahısında həmçinin Çexiya (7,7 faiz), Almaniya (7,4 faiz), Bolqarıstan (5,7 faiz), eləcə də Sloveniya, Polşa, Niderland, Latviya və İspaniya daha aşağı faizlərlə yer alır.

Bundan əvvəl 2024-cü ilin iyun ayında Hindistanın Rusiyadan qara metalların (dəmir və polad) idxalını 45,6 milyon dollara çatdırdığı məlum olub.