Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.

İqtisdiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, proses Birləşmiş Ərəb Əmirliklərinin humanitar xarakterli vasitəçiliyi ilə Belarus ərazisində həyata keçirilib.

Rusiya ilə Ukrayna tərəfinin nümayəndələri arasında aparılan danışıqlar nəticəsində vaxtilə Kursk ərazisində əsir götürülən 103 hərbçi sentyabrın 14-də Rusiyaya qaytarılıb. Eyni zamanda Rusiya tərəfi 103 ukraynalı hərbçini ölkəsinə qaytarıb.