“Xaliq Faiqoğlu”dan maddi və mənəvi zərərin ödənilməsi tələb edilir.

İqtisadiyyat.az xəbər verir ki, bu tələblə Şahvələdov Şamil Zahid oğlu məhkəmədə iddia qaldırıb.

İşin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.

İddiaçı məhkəmədən daşıma şirkətinin maddi və mənəvi ziyanı ödəməsini tələb edib.