2023-cü ilin oktyabrından İsrail hərbçilərinin Qəzzada keçirdiyi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 41,2 mini keçib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrail ordusunun hücumları zamanı 95 337 nəfər isə yaralanıb.

Son 24 saat ərzində İsrailin Qəzzaya ndirdiyi zərbələr nəticəsində 24 fələstinli bəyatını itirib, 57 nəfər xəsarət alıb.