ABŞ vətəndaşlarının əksəriyyəti Ukraynadakı münaqişəni Vaşinqtonun büdcəsi hesabına maliyyələşdirmək istəmir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjorie Taylor-Qrin "X" sosial şəbəkəsində yazıb.

“Amerikalıların əksəriyyəti Ukrayna-Rusiya müharibəsinin maliyyələşdirilməsini və qızışdırılmasını dəstəkləmir. Bunun əvəzinə onlar bizim öz problemlərimizin həllini istəyirlər”, - deyə konqresmen əlavə edib.

O, ABŞ vətəndaşlarını siyasətə biganə qalmamağa çağırıb, çünki hazırda Vaşinqtonda üçüncü dünya müharibəsinə səbəb ola biləcək qərarlar qəbul edilir.