Serbiya hakimiyyəti məcburi hərbi xidmətin geri qaytarılmasını dəstəkləyir.

İqtisadiyyat.az RTV kanalına istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazir Miloş Vuçeviç danışıb.

Onun sözlərinə görə, hökumət siyasi və sosial razılıq əldər edərsə, tez bir zamanda qanun qəbul edəcək.

Serbiyanın baş naziri əlavə edib ki, aprel ayında çağırışla xidmətin bərpası üzrə təkliflər hazırlanıb. Prezidenti Aleksandr Vuçiç bu müddətin qısa olmasını (60 gün təlim və əlavə 15 gün tədris məşqləri) tövsiyə edib. 

“Bu, müharibələrə və münaqişələrə hazırlıq deyil, dövlət üçün qayğıdır. Beləliklə, dövlətimiz silahlı qüvvələrin zərbə qüvvəsi olan Serbiya ordusunun peşəkar tərkibini ləğv etmir. Peşəkar ordu ən çətin vəzifələri yerinə yetirir. Bu yolla biz ehtiyat ordunun gücünü bərpa edəcəyik”, - Serbiyanın baş naziri izah edib.