ABŞ-ın dövlət borcu növbəti onillikdə hər gün 5,2 milyard dollar artacaq.

İqtisadiyyat.az xəbər verir ki bu proqnozu "Bank of America"nın analitiki Maykl Hartnett bildirib.

O, borcun bütövlükdə iqtisadiyyatdan daha sürətli artacağını proqnozlaşdırır. Belə ki, ABŞ-ın dövlət borcu bu ilin sonuna qədər ÜDM-in 118,9%-nə çatacaq.

Əlavə edək ki, ABŞ-ın dövlət borcunun həcmi tarixdə ilk dəfə olaraq iyun ayında 32 trilyon dolları ötüb.

 

Gözəl Həşimova