ABŞ-ın Florida ştatında fövqəladə vəziyyət elan edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Ron Desantis Brauard özünün Tvitter hesabında yazıb. Qərara səbəb güclü yağışlardan sonra meydana gələn daşqınlardır.  

Xatırladaq ki, Florida ştatının cənubunda davam edən leysan daşqınlara səbəb olub, artıq 500 mm-ə qədər yağıntı düşüb.