ABŞ Çin şirkətlərinin bulud hesablama xidmətlərinə girişi məhdudlaşdırmağa hazırlaşır.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, ABŞ-Çin iqtisadi cəbhəsində gərginliyin hələ uzun müddət davam edəcəyi proqnozlaşdırılır. Bayden administrasiyası Çin şirkətlərinə süni intellekt xidmətləri təqdim etməzdən əvvəl ABŞ bulud hesablama şirkətlərindən hökumət icazəsi tələb etməyi planlaşdırır. 

Bayden administrasiyasının süni intellektdə istifadə edilən çipləri Çin üçün ixrac nəzarətinə daxil etməyi planlaşdırdığı bildirilib.

ABŞ-ın maliyyə naziri Janet Yellen bu qərar fonunda sabah Çinə səfər edəcək.