Florentino Peres 2025-ci ildə "Real Madrid"in prezidenti vəzifəsinə yenidən namizəd olmaq niyyətindədir.

İqtisadiyyat.az "Relevo"ya istinadən xəbər verir ki, bu barədə 77 yaşlı ispaniyalı iş adamı yaxınlarına məlumat verib.

Daha əvvəl İspaniya mətbuatı Peresin səhhətində problemlər olduğunu və onun səlahiyyət müddətini başa vuracağını yazsa da, indi o, daha 4 il Kral klubuna rəhbərlik edəcəyinə ümid edir.

Florentino Peres ilk dəfə 2000-2006-cı illərdə "Real Madrid"in prezidenti olub, ikinci dəfə isə 2009-cu ildə seçilib.