Azərbaycan Mərkəzi Bankı (AMB) 4 hüquqi şəxsə sığorta vasitəçiliyi fəaliyyətinə verdiyi lisenziyanın qüvvəsini bərpa edib.

Bu barədə İqtisadiyyat.az-a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar mayın 5-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması ilə əlaqədar qəbul edilib. Həmin şirkətlər “CİB Sığorta Agentliyi”, “Güvən Sığorta Agentliyi”,“Odlar Yurdu Sığorta Brokeri” və “Sizin Sığorta Brokeri” MMC-lərdir.