“Bəzən deyirlər üçüncü doza nəyə lazımdır ki? Vaksinlər orqanizmi infeksion xəstəliklərə yoluxmaqdan müdafiə edir”.

Bu sözləri tibb üzrə elmlər doktoru, deputat Rəşad Mahmudov Bakıda keçirilən “COVID-19: Erkən və Gecikmiş Fəsadlar” mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O bildirib ki, 100 illərdir xəstəliklərin qarşısını almaq üçün mövcud olan peyvəndlər var:

“Bu peyvəndlər istifadə edilir. Ümumi olaraq standartlar peyvəndlərin orqanizmdə yaratdığı anticisimlərin 2 ay davam etməsini, effektivliyinin isə ən azı 50 faizdən çox olmasını tələb edir. Bizim isə ölkədə istifadə edilən vaksinlərin təsiri 6 ay müddətində davam edir. Vaksinasiya prosesində istifadə edilən vaksinlərin effektivliyinin isə 95 faiz olması sübuta yetirilib. Bu gün koronavirusla mübarizə çərçivəsində ölkədə görülən işlər öz nəticəsini verir”.