“Azərbaycan səhiyyəsinin idarəetməsində ikibaşlılıq var. İkibaşlı idarəetmə özünü doğrultmur”.

Bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, TƏBİB fəaliyyət göstərə bilmir və uğursuz bir quruma çevrilib.

“Niyə səhiyyə qurumlarının rəhbərləri icbari tibbi sığorta sahəsində problemlər barədə prezidentə müraciət etmirlər? Bacarmırlarsa, desinlər, xaricdən mütəxəssislər cəlb edilsin”, - deyə Qüdrət Həsənquliyev əlavə edib.

Deputat təklif edib ki, TƏBİB ya Səhiyyə Nazirliyinin tabeliyinə verilsin, ya da Səhiyyə Nazirliyi ləğv olunsun.