"Bakıda son günlərdə rotavirus infeksiyası yayılıb".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

Onun sözlərinə görə, bu infeksiyanın əsas klinik əlamətləri güclü qarın ağrıları, qusma və ishaldır:

"Həmin şəxslər antibiotik terapiyadan uzaq durmalıdırlar. Çoxlu maye qəbul etməli, süd məhsulları və kofeindən uzaq olmalıdırlar. Müşahidələr gösətir ki, bu xəstəliyə tutulanlar bir həftə müddətində sağalır".