Rusiya bütün Ukrayna vətəndaşları üçün viza rejimi tətbiq edə bilər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Kiyev artıq iyulun 1-dən rusiyalılar üçün viza rejimi tətbiq edib.

Buna qədər Rusiya vətəndaşları Ukraynaya vizasız daxil olub, 90 gün ərzində ölkədə qala bilirdilər.

Bunun üçün sərhəddə pasport təqdim etmək kifayət idi.