ABŞ rəsmilərinin söylədiklərinə görə Rusiya eyni Krım kimi Ukraynanın digər ərazilərini də öz ərazilərinə birləşdirmək istəyir.

ABŞ kəşfiyyatına istinadən Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, Rusiya artıq ilhaq üçün zəmin yaradır. Onun sözlərinə görə, Ukraynanın işğal olunmuş rayonları sentyabrda Rusiyaya birləşdirmək üçün “saxta” referendum keçirə bilər.

O, Rusiyanı Ukraynanın işğal olunmuş bölgələrini idarə etmək üçün qeyri-qanuni rusiyapərəst məmurları yerləşdirməkdə ittiham edib və bunun məsqədi kimi onların Ukrayna ərazilərinin Rusiyanın tərkibinə daxil olmaq üçün referendum təşkil etməyi planladığını göstərib.

Rusiya artıq Ukraynanın işğal etdiyi ərazilərdə özünün regional və yerli məmurlarını yerləşdirib.

Onun sözlərinə görə, ilhaq üçün hədəflənən ərazilər arasında Xerson, Zaporojji, Donetsk və Luqansk var.

ABŞ rəsmilərinin söylədiklərinə görə Rusiya eyni Krım kimi Ukraynanın digər ərazilərini də öz ərazilərinə qatmaq istəyir.