Mozambikdə vəba epidemiyasında 16 nəfərin öldüyünü və 1376 vəba hadisəsinin aşkar edildiyini bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mozambik Xalq Sağlamlığına Nəzarət Departamentinin rəsmisi Dominqos Quiole mətbuata açıqlama verib.

Açıqlamada ölkənin şimalındakı Niassa bölgəsində vəba epidemiyasında can itkisinin artdığı bildirilib.

Quiole yağışlı mövsümdə vəba xəstəliyinin artdığını, epidemiyanın Malavidən yayıla biləcəyini qeyd edib.

Mozambik prezidenti Filipe Nyusi xalqı vəba ilə mübarizədə daha çox gigiyenik tədbirlər görməyə çağırıb.

Qlobal səhiyyə qurumları və hökumətlərin tədbirləri sayəsində illərdir azalan vəba hadisələri iqlim dəyişikliyi, yoxsulluq və münaqişələr kimi səbəblərlə yenidən artmağa başlayıb.