Livanda peycerlərin partlaması nəticəsində azı 8 nəfər ölüb, 2 800 insan yaralanıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Firas Abyad bildirib.
***19:02
Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində ölənlərin sayı 1 500-ə çatıb.
İqtisadiyyat.az xəbər verir ki, ölkənin səhiyyə nazirinin səlahiyyətlərini icra edən Firas Abyad bildirib ki, Beyrut xəstəxanaları qurbanlarla doludur: “Biz bütün tibb müəssisələrində yüksək hazırlıq elan etmişik, bir neçə yüz həkim səfərbər olunub”.
F.Abyad qeyd edib ki, yaralıları çatdırmaq üçün 50 təcili yardım maşını səfərbər olunub.
***18:22
Livanın paytaxtı Beyrut şəhərinin Dahiyə məhəlləsində rabitə qurğuları partlamağa başlayıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
"Hizbullah" döyüşçülərinin istifadə etdiyi portativ rabitə qurğularının partlaması nəticəsində 1000 nəfər yaralanıb.
Livan Səhiyyə Nazirliyi ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.
Qeyd edək ki, kiberhücumları İsrail Müdafiə Ordusunun 8200-cü radioelektron kəşfiyyat bölməsinin həyata keçirdiyi deyilir.
Ehtimal olunur ki, Livanın cənubuna İsrail ordusunun genişmiqyaslı əməliyyatı öncəsi "Hizbullah"ın döyüşçüləri, funksionerləri və komandanlığı arasında rabitə sıradan çıxarılıb.
According to Lebanese sources, hundreds of civilians have been injured due to the detonation of numerous communication devices (pagers) carried by resistance members in Lebanon, possibly caused by an Israeli malware attack. pic.twitter.com/yBQ2MuUhjv
— Quds News Network (@QudsNen) September 17, 2024