Livanın "Hizbullah" təşkilatının üzvlərinin peycerləri kütləvi göndərilən mesaj səbəbindən partlamış ola bilər.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, "Hizbullah" üzvləri peycerlərinin qapalı çatları vasitəsilə kütləvi şəkildə əlaqə saxlayırlar.
Bunun üçün "Gold AP-900" markalı peycerlərdən istifadə edilir. Bu cihazlar daxili rabitə sistemini yaratmaq üçün nəzərdə tutulub. Onlar parol vasitəsilə əl ilə proqramlaşdırılır.
Ekspertlər əmindirlər ki, kütləvi partlayışlar məhz mesaj göndərildikdən sonra bu cihazların detonasiya etməsi nəticəsində baş verib.
Bununla yanaşı, bütün bu peycerlərin Tayvanda yığıldığı və bir neçə ay əvvəl Livana göndərildiyi ehtimal edilir. Hazırda partlayışlardan 3 minə yaxın insanın zərər gördüyü bildirilir.