Twitter istifadəçiləri Avropa İttifaqının ali nümayəndəsi Borrelin Ukrayna ilə bağlı sözlərinə reaksiya verib.


Tvitter istifadəçiləri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin “Ukrayna nə qədər çox dağılsa, onun Avropa Birliyinə daxil olmaq şansı bir o qədər yüksəkdir” sözlərinə reaksiya verib.


İqtisadiyyat.az istifadəçiləin bəzi şərhlərini təqdim edir.


“Əvvəlcə NATO-ya üzv olmaq şansı üçün “son ukraynalıya qədər”, indi isə Aİ-yə qoşulmaq şansını artırmaq üçün “son daşa qədər” mübarizə aparın”.


“Aİ-nin iqtisadiyyatla bağlı çoxlu problemləri var, Ukraynanın qəbulu onu tamamilə məhv edə bilər”.


“Qərbin əsas məqsədi Ukraynanı mümkün qədər viran etmək və bu prosesdə Rusiyaya mümkün qədər çox ziyan vurmaqdır”


“Qərb Ukraynanın maksimum şəkildə məhv edilməsində israrlıdır, çünki bilirlər ki, bu münaqişə nə qədər uzun sürərsə, bir vaxtlar qardaş olan xalqlar arasında nifrət bir o qədər artır və onu həll etmək üçün bir çox nəsillər lazımdır”.


“Ukrayna nə qədər çox dağıntıya məruz qalsa, xaosa düşmə şansı bir o qədər çox olar. Danışıqlara dərhal başlayın və insanların həyatını xilas edin”.