Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə tender elan edib.

İqtisadiyyat.Az xəbər verir ki, BNA Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, Sistemə qoşulmasının təmin edilməsi və 2 (iki) illik texniki xidmətin satın alır.

İştirak haqqı: 1500 manat

Ünvan: Bakı şəhəri, Ziya Bünyadov 111

Əlaqələndirici şəxs : Ülvi Həsənov 

Telefon : 404 41 20 (2186)