Bu ilin yanvar-mart aylarında “Qala Sığorta”nın yığımları 2,1 milyon manat azalıb. 

İqtisadiyyat.az xəbər verir ki, sığorta şirkəti bu ilin ilk üç ayında 27,78 milyon manat sığorta yığımı toplaya bilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 7% azdır. 2023-cü ilin yanvar-mart aylarında “Qala Sığorta”nın yığımları 29,88 milyon manat təşkil edib. 

Sığorta şirkəti bu dövrdə 3 milyon manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 45% çoxdur. Belə ki, 2023-cü ilin eyni dövründə şirkətin ödənişləri 2,07 milyon manat təşkil edib. 

Yığımların azalması və ödənişlərin artımı sığorta şirkətinin zərərliliyinə (ödəniş-yığım nisbəti) mənfi təsir edib. Belə ki, “Qala Sığorta” 2023-cü ilin ilk rübündə topladığı hər 100 manata görə 7 manat ödəniş edibsə, bu ilin eyni dövründə bu rəqəm 11 manata yüksəlib.