“Azəristiliktəchizat” ASC ötən il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

İqtisadiyyat.Az xəbər verir ki, iddiaçılar təkliflərini mayın 19-u, saat 12:00-dan gec olmayaraq səhmdar cəmiyyətinin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. 

Əlaqələndirici şəxs Zamiq Səmədovdur (Telefon: (012) 579 52 98).

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş təkliflərini 19 may 2020-ci il saat 12.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. 

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. 

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.