Azərbaycanda və eyni zamanda dünyanın bir sıra ölkələrində tibb sahəsində müvəffəqiyyətləri, peşəkar müalicə, müayinə metodları ilə seçilən məşhur həkimlərimiz - Aqil Ağakişiyev, Həcər Ağakişiyeva və Müşviq Həsənlinin də iştirakı ilə Türkiyənin Adana şəhərində "5-ci Çukurova Gastro-İntestinal Hastalıklar və Cerrahisi" konqresinin mükafatlandırma mərasimi keçirilib. 


Martın 4-də və 6-da baş tutan tədbirdə həkimlərimiz tibbi təqdimatları əsasında "Uluslararası Katılımlı Çukurova Gastro-İntestinal Hastalıklar və Cerrahisi konqresi", "1.Gastroenteroloji Diyetisyenliği konqresi", "5.Gastro-İntestinal Hastalıklarda Hemşirelik konqresi" nin "Sözel Sunum Birincilik Ödülü"nə layiq görülüblər.


Qeyd edək ki, Adana şəhərində gerçəkləşən konqresə 5 müxtəlif ölkədən həkim heyyəti qoşulub və hazırda gerçəkləşən yeni tibbi proseslər ətrafında müxtəlif fikir mübadiləsi aparılıb.