İsrailin baş naziri Benyamin Netanyahunun başçılıq etdiyi koalisiyanın işğal altındakı İordan çayının qərb sahilinə apardığı siyasətə görə Avropa İttifaqının İsrail polisi ilə əməkdaşlığı dondurduğu bildirilib.

Qərar, noyabrın 1-də keçirilən növbədənkənar ümumi seçkilərdə qalib gələn Likud Partiyasının lideri Netanyahunun başçılıq etdiyi partiyaların yaratdığı narahatlıqlara görə qəbul edilib.
Sentyabr ayında imzalanan və Avropa Parlamentinin təsdiqini tələb edən Aİ ilə İsrail arasında əməkdaşlıq sazişi layihəsi cinayət və terrorizmlə mübarizə üçün üzv dövlətlər arasında kəşfiyyat məlumat mübadiləsini yaxşılaşdırmaq məqsədi daşıyırdı. Qərarın Aİ-nin İsrailin işğal altındakı İordan çayının qərb sahilinə istiqamətli siyasətlərindəki təktərəfli addımlarının Aİ ilə əməkdaşlığı təhlükə altına aldığını bildirib.
İsrail hökuməti bu qərarı şərh etməyib. Bildirilir ki, son illərdə İsrail və Aİ ölkələri arasında qarşılıqlı kəşfiyyat məlumatı mübadiləsi Avropa ölkələrində silsilə terror aktlarının qarşısının alınmasına kömək etməklə yanaşı, İsraildə də mütəşəkkil cinayətkarlıqla mübarizəyə kömək edir.