ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi yardım paketi hazırlayır və bu, hələ imzalanmamış Ukrayna-İsrail qanun layihəsi çərçivəsində ilk ayırma olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.  

Məlumata görə, yardım paketinə avtomobillər, "Stinger" zenit-raket kompleksləri, yüksək mobil artilleriya raket sistemləri üçün əlavə döyüş sursatları, 155 mm-lik artilleriya sursatları, TOW və Javelin tank əleyhinə döyüş sursatları və bilavasitə döyüş meydanında istifadə oluna bilən digər silahlar daxildir.

Senatın çərşənbə axşamı ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi dörd qanun layihəsinə səs verməsi planlaşdırılır.

Paketlərdən biri Ukrayna, ikincisi İsrail üçün 26 milyard dollar, üçüncü paket Hind-Sakit okean regionunda "Kommunist Çinlə mübarizə" üçün 8,12 milyard dollar ayrılmasını ehtiva edir. Dördüncü paketə isə TikTok sosial media tətbiqinə qadağa daxildir.