Türkiyədə baş verən zəlzələnin 228-ci saatında daha 3 nəfər dağıntılar altından sağ çıxarılıb.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, Hatay vilayətində bir qadın və onun iki uşağı xilas edilib. 

 Onlar dərhal xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, Türkiyədə zəlzələ 6 fevralda baş verib.