Ukrayna Prezidenti Volodimir Zelenski Hirosimada keçirilən “Böyük Yeddilik” (G7) ölkələrinin sammitində iştirak etmək üçün Yaponiyaya səfər edib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Yaponiya XİN-in məlumatına əsasən, daha əvvəl Ukrayna dövlət başçısının sammitdə onlayn rejimdə iştirak edəcəyi gözlənilirdi. Qeyd edilib ki, V.Zelenski sonradan sammitdə şəxsən iştirak etmək istəyib və Yaponiya hökuməti bu təklifi qəbul edib.