Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ərəb Liqası Liderlərinin 32-ci Sammiti işə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədin 12 ildən sonra ilk dəfə iştirak etdiyi Ərəb Liqasının Sammitində Ukrayna prezidenti Zelenski də iştirak edib.

Zelenski buradakı çıxışında Ukraynanı, onun xalqını və Ukraynada yaşayan müsəlmanları müdafiə etməyə çağırıb.

Ukrayna prezidenti, "Ukrayna xalqı döyüşməyi seçmədi. Biz başqa heç bir ölkəyə hücum etmədik. Biz təslim olmayacağıq və heç bir xarici işğalçıya boyun əyməyəcəyik. Torpaqlarımızı geri almaq üçün mübarizəmizi davam etdirəcəyik."

Səudiyyə Ərəbistanına məhbus mübadiləsində vasitəçi roluna görə təşəkkürünü bildirən Zelenski ərəb turistlərin Rusiya işğalından azad olaraq ölkəsinə yenidən səfər edəcəyinə ümid etdiyini bildirib.

Ciddədə başlayan 32-ci Ərəb Liqası Liderlər Zirvə toplantısında Fələstin problemi və Suriya, Livan, Sudan və Yəmən kimi regional problemlərin müzakirə ediləcəyi gözlənilir.